"Barselona" və "Liverpul"un hədəfində olan futbolçu Sofyan Ambarat klubu "Fiorentina"nı tərk edə bilər.
Fanat.Az xəbərinə görə, bu barədə Mərakeş millisinin üzvünün agenti Məhəmməd Sinoux məlumat verib.
"Kora Plus"a danışan menecer Ambaratın gələcəyi ilə bağlı bunları söyləyib: "Fiorentina" bir çox təkliflərə "yox" deyib. Yanvarda olanlara da... Ancaq bu yay satacağına söz verib".
İnsayder Nikolo Skira Sofyanı "Mançester Yunayted", "Barselona" və "Liverpul"un izlədiyini bildirib.
Röya