Daşkənddə Azərbaycan şahmatçılarının iştirakı ilə Georgi Aqzamov Memorialına start verilib.
Fanat.Az xəbər verir ki, ilk turda Vüqar Rəsulov Cəloliddin İlxomiyə (Tacikistan) qalib gəlib, Misraədin İskəndərov isə Səməndər Şermuxəmmədovla (Özbəkistan) heç-heçə edib.
Turnirdə ümumilikdə 63 şahmatçı iştirak edir.