Xorvatiyanın "Dinamo Zaqreb" klubunda baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı yerli KİV yayıb.
Ötən axşam kubokun yarımfinalında “Şibenik”ə 1:2 hesablı məğlubiyyətdən sonra baş məşqçi Ante Çaçiçin istefasına qərar verilib.
İdarə heyəti matçdan dərhal sonra bir araya gələrək 69 yaşlı mütəxəssis barədə qərar qəbul edib. İstefa qərarının bu gün rəsmən elan olunacağı gözlənilir. Yeganə problem Çaçiçə ödəniləcək 1,7 milyon avroluq təzminatla bağlıdır.
Çaçiç ötən mövsümün sonunda “Dinamo”ya qayıdıb və Zaqreb klubunu çempionluq tituluna qovuşdurub. O, mövsümün ilk hissəsində çempionatdakı rəqibləri üzərində böyük üstünlük yaratsa da, 2023-cü ildə fiasko ilə üzləşib. Son 6 matça qələbə qazana bilməyən “Dinamo” “Şibenik” sensasiyalı şəkildə uduzaraq kubokdan qovulub.
Mövsümün sonuna qədər "Dinamo"nu oyunlara Çaçiçin köməkçisi Roy Ferençinanın çıxaracağı bildirilir.
Qeyd edək ki, müqavilə ilə "Dinamo"ya məxsus olan Azərbaycan millisinin hücumçusu Mahir Emreli hazırda icarə əsasında Türkiyə "Konyaspor"unda çıxış edir. Onun mövsümün sonunda Xorvatiyaya qayıdacağı gözlənilir.
Mirağa