İngiltərə Premyer Liqa təmsilçisi “Lester” yarımmüdafiəçi Ceyms Meddisonu satmağı düşünür.
Fanat.Az “The Telegraph”a istinadən xəbər verir ki, "tülkülər" futbolçunu 50 milyon funt-sterlinq dəyərləndirir.
Meddisonun mövsümlərarası fasilədə "Lester"i tərk etmək ehtimalı yüksəkdir. Onun müqaviləsinin müddəti 2024-cü ilin iyun ayına qədərdir. Anlaşmanın uzadılması ilə bağlı danışıq aparılmır. İngilis futbolçuya əsas namizəd “Tottenhem”dir.
Bu mövsüm 26 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 23 oyun keçirib, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa