"Arsenal" "Volfsburq"un futbolçusu Ridl Baku ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, məlumatı "SportBILD" yayıb.
Xəbərə görə, "topçular" müdafiəçini yayda transfer etməyi planlaşdırır.
Almaniya millisinin 24 yaşlı üzvü "Volfsburq"a 2020-ci ildə "Maynts"dan keçib. 3 il öncə 10 milyon avroya alınan futbolçunun bu gün transfer qiyməti daha baha olacaq. Belə ki, Bakunun Bundesliqada uğurlu mövsüm keçirməsi onun dəyərini artırır.
Röya