"Barselona"nın hücumçusu Robert Levandovski sabiq klubu "Bayern Münhen"in baş məşqçisi Yulian Nagelsmanın baş məşqçi postundan uzaqlaşdırılmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Sport Bild" onun dediklərini belə çatdırıb:
"Nagelsmanın qovulması mənim üçün sürpriz oldu. Çempionlar Liqasında "Bayern" möhtəşəm çıxışla diqqət çəkir. Bundesliqada ola bilsin ki, istədikləri səviyyədə oynaya bilməyiblər. Ancaq yenə də çempionluq şansları çoxdur".
Qeyd edək ki, "Bayern" bir oyunda belə, uduzmadan ÇL-in 1/4 finalına vəsiqə qazanıb. Tomas Tuxellə əvəzlənən Nagelsman qovulan zaman münhenlilər ölkə çempionatında lider mövqeyində qərarlaşan Dortmund "Borussiya"sından cəmi 1 xal geri geridə idi.
Nihat