PSJ növbəti mövsüm üçün tanıtım videosu yayımlayıb.
Fanat.Az xəbər verir ki, videoda hücumçu Kilian Mbappedən başqa, Paris klubunun digər ulduzları görünmür.
Buna məhz Mbappenin özünün acığı tutub. O, sosial şəbəkə hesabında paylaşım edərək klubu bu yanaşmasına görə tənqid edib.
“İndicə videoya baxdım. Bu müsahibənin məzmunu ilə bağlı mənə məlumat verilməyib. Tipik bir marketinq günü müsahibəsi kimi görünürdü. Mən bu video ilə razı deyiləm. Fərdi media hüquqları uğrunda həmişə mübarizə aparıram. PSJ böyük klub və bir ailədir. Lakin şübhəsiz ki, o, KSJ ("Kilian Saint-Germain") deyil”.
Mirağa