Bu gün Bakı Voleybol Mərkəzində qadın komandalar arasında Azərbaycan çempionatının yarımfinal seriyasının üçüncü oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, “Murov” və “Abşeron” çempionatın finalçısını müəyyən edəcək. Seriyanın əvvəlki görüşlərində komandalar hərəyə bir qələbə qazandığı üçün üçüncü oyun həlledici olacaq.
Xatırladaq ki, bundan əvvəl “Azərreyl” finala vəsiqə qazanıb.
Yarımfinal seriyasının üçüncü oyunu:
15:00. Murov - Abşeron (1:1)