Uruqvay millisinin yeni baş məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, yığma komanda Marselo Byelsaya həvalə olunacaq.
Məlumatı jurnalist Sesar Luis Merl yayıb. Onun sözlərinə görə, artıq tərəflər arasında razılıq əldə olunub. Mütəxəssisin təyinatı yaxın günlərdən rəsmən açıqlanacaq.
Sözləşmənin müddəti DÇ-2026-nın sonuna qədər davam edəcək. Əgər komanda mərhələ adlasa, 67 yaşlı argentinalı mütəxəssislə müqavilə yenilənəcək.
Qeyd edək ki, Byelsanın son iş yeri "Lids Yunayted" olub. 2022-ci ildə tutduğu postdan ayrılan məşqçi hazırda işsizdir.
Röya