Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
“TyC Sports”: “Brayton”un yarımmüdafiəçisi Aleksis Makallister İngiltərənin 3 nəhəng klubunun diqqət mərkəzindədir. 24 yaşlı argentinalı yarımmüdafiəçi “Arsenal”, “Mançester Yunayted” və “Liverpul”un hədəfindədir. DÇ-2022-də Argentina millisi ilə dünya çempionu adını qazanan futbolçunun 60 milyon avroya satılacağı bildirilir.
"Football Insider": "Mançester Yunayted" "Sautqempton"un yarımmüdafiəçisi Ceyms Uord-Prouz ilə maraqlanır. Meydanın mərkəzini gücləndirməyi planlaşdıran Erik ten Haq 28 yaşlı futbolçunu komandasında görmək istəyir. Ancaq "qırmızı şeytanlar" üçün bu transferi gerçəkləşdirmək elə də asan olmayacaq. Çünki Ceyms "Aston Villa" ilə "Nyukasl"ın da hədəfindədir.
"Relevo": "Milan" futbolçusu Rafael Leau ilə bağlı qərar verib. Milan təmsilçisi portuqaliyalı hücumçusu ilə müqaviləni yeniləyəcək. Artıq tərəflər arasında danışıqlar aparılıb. Onun cari sözləşməsinin müddəti 2024-cü ilin iyun ayına qədərdir.
Röya