"Çelsi"nin hücumçusu Kay Haverts komandanın baş məşqçisi Qrem Potterin istefaya göndərilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Evening Standard" onun dediklərini belə çatdırıb:
"Əlbəttə, onun komandadan getdiyini biləndə qarışıq hisslər keçirdik. Bəzi futbolçular bu xəbəri sevinclə qarşıladı, digərləri isə üzüldü. Mənim üçün bu, kədərli xəbər oldu. Potterin istefaya göndərildiyini mətbuatdan oxudum. Başqalarını deyə bilmərəm, Potterin özü də xoşuma gəlirdi, gördüyü işlər də... Bu qədər".
Xatırladaq ki, Potter bu mövsüm "Çelsi"dən qovulan ikinci mütəxəssisidir. Daha öncə Tomas Tuxellə də yolları ayıran London klubunun bossları komandanı yayadək Frenk Lemparda tapşırıb.
Nihat