İspaniyanın "Real Madrid" klubu Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellingemi transfer etmək istəyindən vaz keçib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Relevo" yayıb.
Xəbərə görə, 19 yaşlı futbolçunun performansı madridlilərin xoşuna gəlsə də, klub bossları onun komandaya uyğunlaşa biləcəyinə şübhə ilə yanaşır. Digər tərəfdən, bu keçidin 100 milyon avrodan daha yüksək məbləğə başa gələcəyini də nəzərə alan "Kral klubu" indilik gözləmə mövqeyində qalmağı daha düzgün variant sayır.
Nihat