"Milan" rəhbərliyi Zlatan İbrahimoviçlə bağlı yekun qərarını verib.
Fanat.Az-ın "Relevo"ya istinadən məlumatına görə, İtaliya nəhəngi 41 yaşlı isveçli ilə müqavilə yeniləməyəcək.
Xəbərə görə, Milan təmsilçisinin bossları cari mövsüm ciddi zədə üzündən cəmi 4 matçda meydana çıxan İbranın növbəti "futbol ili"ndə komandaya fayda verə biləcəyinə inanmırlar.
Ötən il komandasının A Seriyasının qızıl medallarını qazanmasına yardımçı olan Zlatan hazırda yenə zədəlidir. Martın sonlarında İsveç millisinin sıralarında sağ omba əzələsindən xəsarət alan təcrübəli forvardın bir neçə həftə oynaya bilməyəcəyi dəqiqdir.
Qeyd edək ki, İbrahimoviç 2020-ci ildən "qırmızı-qaralar"ın formasını geyinir.
Nihat