"Real Madrid" futbolçusu Mariano Dias İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Fanat.Az xəbər verir ki, 29 yaşlı forvardın "Lids Yunayted"ə keçəcəyi bildirilir.
Məlumatı "Fichajes" yayıb. Xəbərə görə, Dias bu yay azad agent olacaq.
Kral klubu onunla müqaviləni yeniləmək fikrində deyil. Əgər Patrik Bemford "Lids"i tərk etsə, İPL təmsilçisi Marianonu transfer edəcək.
Röya