"Mançester Yunayted"in qapıçısı Din Henderson mövsümün sonunda klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, 25 yaşlı qolkiper cari mövsümü icarə əsasında "Nottinqem Forest"də keçirir.
"Team Talk" "Aston Villa"nın Hendersonla maraqlandığını yazır. Unai Emerinin başçılıq etdiyi İPL təmsilçisi qapıçı üçün 35 milyon ödəməyə hazırdır.
Qeyd edək ki, "Aston Villa"nın çərçivə qoruyucusu Emiliano Martinesin bu yay klubunu dəyişəcəyi gözlənilir. Argentina millisi ilə DÇ-2022-nin qalibi olan qolkiper daha yüksək ödənişli təklifləri dəyərləndirmək niyyətindədir. "Aston Villa" da Hendersonu Matinesə əvəzedici olaraq almağı planlaşdırır.
Röya