"Real Madrid" yarımmüdafiəçisi Eduardo Kavaminqa ilə bağlı qərar verib.
Fanat.Az-ın xəbərinə görə, kral klubu fransalı futbolçu ilə müqaviləni yeniləməyi planlaşdırır.
Yeni sözləşmə 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub. Həmçinin Kavaminqanın maaşında da artım olacaq. Müqaviləyə əsasən, yarımmüdafiəçi heyətinə qatmaq istəyən klub 1 milyard avro ödəməli olacaq.
Qeyd edək ki, futbolçu "Real Madrid"ə 2021-ci ildə "Renn"dən keçib.
Röya