“Beşiktaş” "Atletiko Madrid" ilə xeyriyyə oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Oyun 12 apreldə “Vodafone Park”da keçiriləcək və saat 20:30-da başlayacaq.
Matçdan əldə olnan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin “Qalatasaray” klubu da Bakıda “Qarabağ”la xeyriyyə oyunu (2:1) keçirib.