Azərbaycan Basketbol Liqasında (ABL) XXV tura start verilib.
Fanat.Az xəbər verir ki, açılış oyununda "Sabah" Gəncədə eyniadlı komandasını 87:84 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra xal sayını 43-ə çatdıran "Sabah" liderliyə yüksəlib. 42 xala malik "Gəncə" isə 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 9-u, 10-u və 11-də keçiriləcək.