Berti Foqts yığmanın iki üzvünü cəzalandırmaq niyyətindədi. Fanat.az xəbər verir ki, alman çalışdırıcı Elnur Allahverdiyevlə Araz Abdullayevi yığmanın ABŞ-la oyununa dəvət etməyəcək.
Buna səbəb onların idmançıya yaraşmayan hərəkətlər etməsidi. Belə ki, bu günədək dəfələrlə intizamsız hərəkəti ilə gündəmə gələn Elnur "Xəzər Lənkəran"la kubokun ilk oyununda baş şakimi söyüb. Araz isə "Sumqayıt"la matçda azarkeşləri təhqir edib.
Belə hərəkətləri bağışlamayan Foqts hər iki oyunçunu cəzalandıracaq.
Fanat.az