Almaniya "Leyptsiq"inin xorvatiyalı müdafiəçisi Yoşko Qvardiol İngiltərə Premyer Liqasının top-klubuna keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.
Mənbənin məlumata görə, "Çelsi" futbolçunun xidmətində maraqlıdır.
London klubunun rəhbərliyi futbolçunun alınması üçün 100 milyon avro ayırmağa hazırdır.
Qvardiolu ələ keçirməyə iddialılar arasında "Mançester Siti", "Mançester Yunayted" və "Real Madrid" də var.
21 yaşlı xorvat bu mövsüm Bundesliqada 25 oyuna çıxıb, 1 qol vurub.
Mirağa