"Mançester Yunayted" yarımmüdafiəçi Skott Maktominay ilə yollarını ayırmaq fikrində deyil.
Fanat.Az xəbər verir ki, informasiyanı “The Sun” yayıb.
Nəşrin iddiasına görə, mankunianlılar onu yalnız ən azı 50 milyon funt-sterlinq təklif aldıqda satmağı düşünəcəklər.
Maktominayın xidmətində "Nyukasl" maraqlıdır.
26 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yayından "qırmızı şeytanlar"da çıxış edir. Mankunianlarla yarımmüdafiəçi arasında mövcud əmək müqaviləsinin müddəti 2024/2025 mövsümünün sonuna kimi hesablanıb.
Maktominay bu mövsüm Premyer Liqada 21 oyun keçirib və bir qol vurub.
Mirağa