İngiltərə millisinin və "Tottenhem"in hücumçusu Harri Keynin "Bayern Münhen"ə transferi sual altındadır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.
Mənbənin məlumatına görə, Münhen klubunun rəhbərliyi forvard üçün tələb olunan 100 milyon avronu ödəməyə hazır deyil.
Alman nəhəngi Keyn üçün mübarizədən imtina etsə, o zaman “Mançester Yunayted” futbolçuya əsas namizəd olacaq. Mankunianlar yayda Harrini almağa çalışacaqlar. Hücumçunun hotspurlularla müqaviləsinin müddəti 2023/2024 mövsümünün sonunda başa çatır.
29 yaşlı hücumçu 2011-ci ilin yanvarından London komandasının şərəfini qoruyur. Keyn bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 23 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa