Hazırda Fransa "Reyms"ində icarə əsasında çıxış edən "Arsenal"ın hücumçusu Folarin Baloqun gələn mövsüm İtaliya çempionatında çıxış edə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Calciomercato" yayıb.
Milan klubu gənc forvardla ciddi maraqlanır. Mənbənin məlumatına görə, forvardın potensial transferinin məbləği 30 milyon avroya yaxın olacaq.
Folarin Fransa çempionatının cari mövsümündə 29 matçda iştirak edib. 21 yaşlı hücumçu 18 qol (beşi penaltidən) və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Reyms" ilə icarə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədərdir.
Mirağa