Ukraynanın yüksək liqasına yüksəlmək üçün mübarizə aparan "Polisiya Jitomir" və "Metalurq Zaporojye" komandalarının oyununda (1:2) insident yaşanıb.
Fanat.Az xəbər verir ki, “Polisiya”nın futbolçuları görüşün qadın hakiminə hücum çəkiblər.
Matçın 90-cı dəqiqəsində meydan sahibinin oyunçularından biri rəqibin cərimə meydançasında yıxılıb. O və komanda yoldaşları məğlubiyyətdən qaçmaq üçün şans verən penalti tələb ediblər. Matçın hakimi isə vəziyyəti qayda pozuntusu hesab etməyib və oyunun davam etdirilməsinə göstəriş verib. Referini əhatəyə alaraq etiraz bildirən meydan sahibinin futbolçularından biri - Vadim Çervak onu itələyib. Hakim buna görə futbolçuya qırmızı vərəqə göstərib.
Epizodun videogörüntüsünü təqdim edirik:
Mirağa