Moskva "Lokomotiv"inin hücumçusu Artyom Dzyuba “Zenit”ə məğlubiyyətdən (1:2) sonra jurnalistlərdən yayınaraq stadionu tərk edib.
Fanat.Az xəbər verir ki, bu qış "Loko"ya keçən 34 yaşlı forvard mediadan qaçmasının səbəbini sosial şəbəkə hesabında açıqlayıb:
“Jurnalistlərlə ünsiyyət qurmaq istəmirəm, çünki bezmişəm: qalib gəlsən, padşahsan, uduzsan, ölü. Yorulmuşam. "Lokomotiv"də olmaqdan daha qürur duyuram”.
Qeyd edək ki, 22 turdan sonra moskvalılar Premyer Liqanın turnir cədvəlində 11-ci yerdə qərarlaşıb.
Mirağa