London "Arsenal"ının kapitanı Martin Edeqor İngiltərə Premyer Liqasının son turunda "Liverpul"a qarşı keçirdikləri səfər oyununu (2:2) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"Oyun çox emosianal alındı. Matça yaxşı başladıq. İlk 40 dəqiqədə - onlar qol vurana qədər oyuna nəzarət edən tərəf biz idik. Bundan sonra vəziyyət bir qədər dəyişdi, topa istədiyimiz şəkildə nəzarət edə bilmədik. Nəticədə, rəqib çoxsaylı qol imkanları qazandı. Yaxşı ki, özünü yaxşı tərəfdən göstərən Eron Ramsdeyl komandamızı bir neçə dəfə xilas etdi. Qələbə qazana bilmədiyimiz üçün üzgünük. Ancaq 1 xal qazandığımızı da unutmayaq. İrəli baxmalıyıq. "Liverpul"la oynayırsansa, topla yaxşı rəftar etməlisən. Topu onlara verirsənsə, üstünə sel kimi gələcəklər və şübhəniz olmasın ki, azarkeşlər də onlara xüsusi motivasiya verəcək".
Nihat