Dünən keçirilən "Turan Tovuz" - "Şamaxı" matçında meydan sahiblərinə kömək etməyən Natan Oduva xəstələndiyini, özünü çox bərbad hiss etdiyini əsas gətirərək meydana çıxmayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, mövsümün sonunda iş yerini dəyişməkl istəyən Oduva bu yolla özünü zədələrdən qorumağa çalışır.
Oyun öncəsi məşqdə iştirak edən və ertəsi matça çıxacağını bilən futbolçu, bir yox, bir neçə dəfə eyni bəhanəni gətirməsi yetərincə düşündürücüdür. Görünən budur ki, "Turan Tovuz"u Bakı klublarından birinə dəyişməyi hədəfləyən 27 yaşlı forvard günlərini sayır.
Qeyd edək ki, Oduvanın adı "Neftçi", "Zirə" və "Sumqayıt"la yanaşı hallanır.
Nihat