"Beşiktaş" klubu yeni sponsorla anlaşıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sözcü" yayıb.
Mənbənin məlumatına görə, "Qazprom" "Beşiktaş" stadionunun yeni titul sponsoru olacaq.
Türkiyə klubunun əvvəlki titul sponsoru olan "Vodafone" ilə müqavilənin müddəti mövsümün sonunda başa çatacaq.
Rus şirkəti ilə sponsorluq müqaviləsi 5 il müddətinə olacaq. Müqaviləyə əsasən, "Beşiktaş" ilk üç il ərzində stadionun ad hüququna görə 60 milyon avro alacaq. Qalan iki il üçün şərtlər əlavə olaraq müzakirə olunacaq.
Bildirilir ki, gələn həftə “Beşiktaş”ın vitse-prezidenti Şerxan Çetinsaya müqaviləni imzalamaq üçün “Qazprom”un rəhbəri Aleksey Millerin dəvəti ilə Rusiyaya gələcək.
Mirağa