İngiltərənin "Lids" klubu sabiq futbolçusu Jan-Kevin Ogüstenə görə FIFA tərəfindən cərimələnib.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, ingilislər futbolçunun müqavilə ilə məxsus olduğu "Leyptsiq"ə 17,6, onun özünə isə 27,9 milyon avro ödəyəcək.
"Leyptsiq"dən 17,6 milyon avroya icarəyə götürüb. Müqavilədə yer alan bəndə əsasən, "ağlar" Premyer Liqaya vəsiqə qazanacaqları təqdirdə fransalını birdəfəlik transfer etməli idilər. Həmin mövsüm koronavirusa görə dayandırılsa da, "Lids" sonda elitaya yüksəlib. FİFA futbolçu ilə müqaviləni pozan klubdan futbolçunun özünə pul ödəməsini tələb edib. Belə ki, FİFA-nın Mübahisələrin Həlli Palatasına müraciət eən Ogüstenin lehinə qərar çıxarılıb. FIFA-nın qərarına görə, İngiltərə klubu sabiq futbolçusu Jan-Kevin Ogüstenə 27,9 milyon avro ödəməli olacaq.
Klub FIFA-nın qərarından apellyasiya verib. "Lids" məhkəmədə qalib gəlməsə, komandanın heyətində 3 matç keçirən və 51 dəqiqə meydana olan hücumçuya görə ümumilikdə 45,5 milyon avro ziyana düşəcək!
Mirağa