"Arsenal" Almaniya Bundesliqasından futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, söhbət "Bayern Münhen"in yarımmüdafiəçisi Rayan Qravenberqdən gedir.
Məlumatı insayder Florian Plettenberq yayıb.
"Topçular" 20 yaşlı niderlandlı futbolçunu diqqətlə izləyir. O, Münhen klubunu tərk etmək istəsə də, ingilislər dərhal transfer üçün irəli atılacaqlar.
Qeyd edək ki, Qravenberq Bundesliqada cari mövsüm 17 matçda meydana çıxıb.
Röya