"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda "Kral klubu"nu tərk edəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis "Rai Radio 1"ə danışıb:
"Necə deyərlər, yalan ayaq tutar, yeriməz. Bu qədər. Müqaviləmin müddəti 2024-cü ilin 30 iyun tarixinə qədərdir və anlaşmamın sonuna qədər burada qalmaqda maraqlıyam".
Qeyd edək ki, "Real" sabah Çempionlar Liqasının 1/4 finalının ilk oyunları çərçivəsində "Çelsi" ilə qarşılaşacaq.
Nihat