Topaz Premyer Liqasında XXXII turun hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, turun mərkəzi qarşılaşması - "Qarabağ" - "Neftçi" matçı Fariz Yusifova tapşırılıb.
Turun maraqlı matçlarından olan "İnter" - "Xəzər Lənkəran" görüşünü FIFA referisi Əliyar Ağayev idarə edəcək. Vüsal Əliyev "Sumqayıt" - "Bakı", Ömər Paşayev "Qəbələ" - "Simurq", Rauf Cabbarov AZAL - "Rəvan" oyununa təyinat alıb.
27 aprel
Sumqayıt - Bakı
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 16.00.
Qəbələ - Simurq
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov.
Qəbələ şəhər stadionu. Saat 16.00.
AZAL - Rəvan
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Tahir Əhmədov.
“AZAL Arena”. Saat 17.00.
Qarabağ - Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Alik Yunusov, Orxan Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.
İnter - Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov.
“Şəfa” stadionu. Saat 19.00.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol