Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"El Nacional": "Real Madrid" hücumçusu Kərim Benzemaya əvəzedici tapıb. Bu, "Liverpul"un forvardı Roberto Firminodur. Braziliyalı futbolçunun mövsümün sonunda İngiltərə klubu ilə sözləşməsi başa çatacaq. Madridlilər 31 yaşlı hücumçunu yayda transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Kərim Benzemanın da müqaviləsi mövsümün sonunda başa çatacaq. Lakin "Real Madrid" 35 yaşlı fransalı forvard ilə sözləşməni uzadacaq.
"Foot Mercato": PSJ "Barselona"nın sabiq müdafiəçisinə elçi düşüb. Söhbət hazırda "Nitsa"da çıxış edən Jan-Kler Todibodan gedir. 23 yaşlı müdafiəçinin PSJ ilə oyunda güclu təsir bağışlaması, xüsusilə də Kilian Mbappeyə qarşı çıxışı futbolçunun reytinqini yüksəldib.
"Gazzetta dello Sport": "Latsio" "Arsenal"ın transfer planını pozub. İtaliya klubu "topçular"ın elçi düşdüyü yarımmüdafiəçi Sergey Milinkoviç-Saviçi buraxmaq niyyətində deyil. 2024-cü ilin yayında müqaviləsi başa çatacaq futbolçuya yeni sözləşmə təklif oluacaq. 28 yaşlı yarımmüdafiəçi yeni müqaviləyə əsasən 4 milyon avro qazanacaq. Onu heyətinə qatmaq istəyən klub isə 60 milyon avro ödəməli olacaq.
Röya