Avropa çempionatına yaxşı hazırlıq keçmişik. Həm Bakıda, həm də ölkə xaricində yüksək keyfiyyətli təlim-məşqlərdə iştirak etmişik. Bütün komandamız bu il bizi hansı məsuliyyətli yarışların gözlədiyini yaxşı bilirik. Əlimizdən gələni edəcəyik ki, ilə yaxşı start verək. Düzdür, zədəlilərimiz var. Amma idmanda zədəsiz olmur, ümidvaram, bu, bizə mane olmayacaq. Ümid edirəm ki, qızıl medalların sayı daha çox olacaq və komanda şəklində yenidən Avropa çempionu olacağıq".
Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan yunan-Roma güləşi millisinin üzvü, ikiqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli deyib.
31 yaşlı titullu pəhləvan rusiyalı idmançıların yarışda iştirakına münasibət bildirib:
"Mən Rusiya dövlətinin apardığı siyasəti heç vaxt dəstəkləməmişəm. Lakin bu faktdır ki, ruslar dünyanın ən güclü yığmasıdır. Son illərdə onlar qatılmadığı üçün yarışlar nisbətən sönük keçir. Ruslar yarışlara qatıldıqdan sonra kimin ən güclü olduğu daha yaxşı bilinəcək. Mən özüm də son illərdə hər kəsə asanlıqla qalib gəlib, Avropa, dünya çempionu oluram. Onlar güləşdikdən sonra daha dəqiq biləcəyəm ki, mən dünyanın ən güclüsüyəm, ya yox. Qısası, fikrimcə, yaxşı, ədalətli qərar oldu".
Sahib