Aprelin 14-16-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə "AGF Trophy" turnirində on dörd ölkənin komandası iştirak edəcək.
Fanat.Az xəbər verir ki, yarış beynəlxalq federasiyanın bayrağı altında keçiriləcək.
Turnirdə Azərbaycanla yanaşı, Avstraliya, Polşa, Özbəkistan, Monqolustan, Bolqarıstan, Kipr, Misir, Macarıstan, İsrail, Qırğızıstan və Litva, Moldova və İsveçrə təmsilçiləri çıxış edəcək.