Ötən yay “Kəpəz”dən ayrılan və o vaxtdan klubsuz qalan milli komandamızın sabiq üzvü Cavid İmamverdiyev futbolçu karyerasını bitirərək məşqçiliyə başlayıb.
Fanat.Az-ın əldə etdiyi məlumatına etdiyi məlumata görə, 33 yaşlı futbolçu məşqçi kimi ilk addımlarını "Sabah"da atacaq.
O, klubun U-17 komandasında baş məşqçi Saşa Yunisoğlunun köməkçisi kimi təcrübə toplayacaq.
Qeyd edək ki, Cavid İmamverdiyev karyerası ərzində “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə), “Sumqayıt”, "Sabah", "Keşlə" və "Kəpəz" ın uğurları üçün çalışıb.
Mirağa