"Turan Tovuz"un hücumçusu Runi Eva gələcək karyerası ilə bağlı qərarını verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bir neçə real təklif alan 26 yaşlı kamerunlu forvard iş yerini dəyişmək niyyətində deyil.
Azərbaycan Premyer Liqasında çıxdığı 26 görüşdə 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan afrikalı maaşının müəyyən qədər artırılmasını istəyir ki, bu da başadüşüləndir. Hazırda klub əsas qol silahı ilə danışıqları davam etdirir. Qeyri-adi nəsə baş verməsə, Evanı azı növbəti mövsümdə də "Turan Tovuz"un formasında görəcəyik.
Qeyd edək ki, sözügedən futbolçu Azərbaycan Kubokunda keçirdiyi 3 görüşdə də 1 qol və eyni sayda məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Nihat