"Qarabağ"ın hücumçusu Musa Qurbanlının İtaliyanın "Torino" klubuna keçə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Məsələyə aydınlıq gətirmək üçün Ağdam təmsilçisinin sözçüsü Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Baş məşqçimizin özünün də mətbuata dediyi kimi, "Qarabağ"ın bir yox, bir neçə futbolçusu ilə ölkə xaricindən maraqlananlar var. Lakin həmin oyunçuların və klubların adlarını açıqlamaq istəmirik. Musa Qurbanlıya gəlincə, onunla bağlı "Qarabağ" rəsmi və ya şifahi təklif almayıb".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 20 qol vuran Musa bombardirlər cədvəlinə başçılıq edir. 21 yaşlı forvard Azərbaycan millisində də qol hesabını açmağa imkan tapıb.
Nihat