"Real Madrid" Çempionlar Liqasında 1/4 finalın ilk oyunları çərçivəsində "Çelsi"ni qəbul edib.
Fanat.Az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti 2:0 hesabı ilə gəldikləri görüşü belə dəyərləndirib:
"İlk oyunda yaxşı oynadıq. Yarımfinala vəsiqə qazanmaq üçün Londonda da eyni şeyi etməliyik. Cavab oyununda üstünlük əldə etməyi qarşımıza məqsəd qoymuşduq və bunu bacardıq. "Çelsi” çox yaxşı komandadır. Bəzi məqamlarda onları keçmək məcburiyyətində qalırdıq”.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü aprelin 18-i tarixində keçiriləcək.
Röya