"Napoli" Çempionlar Liqasında 1/4 finalın ilk oyunları çərçivəsində "Milan"ın qonağı olub.
Fanat.Az xəbər verir ki, Neapol klubunun baş məşqçisi Luçano Spalletti 0:1 hesabı ilə məğlub olduqları görüşü belə dəyərləndirib:
"Müzakirə ediləcək bir şey yoxdur. Matçlar bitdikdən sonra danışmaq vaxt itkisidir, çünki heç nəyi dəyişmək olmur.
Çox yaxşı köklənmişdik. Gördüklərimə görə komandaya təşəkkür etdim. Meydanda uşaqlardan gözlədiyimi, üzərlərinə düşəni etdilər. Əla işdir.
Hər məğlubiyyət heyətdə vəziyyəti çətinləşdirir. Amma meydanda iştirak etməyən futbolçuları əvəz edə biləcək oyunçularımız var və bunun sayəsində istədiyimiz oyun sərgiləyə bildik. Zambo-Angissanın cavab oyununda iştirak etməyəcəyinə təəssüf edirəm. Bu, ədalətli deyil. Ancaq əldən heç nə gəlmir. Mən onun əvəzinə kimi buraxacağımı artıq düşünmüşəm. Təəssüf ki, onu kimin əvəzləyəcəyinə qərar vermək bir-iki dəqiqə vaxtımı apardı.
Xarakterimizdən danışsaq, hələ də müəyyən qədər formalaşır. Biz düşə biləcəyimiz situasiyalara, məsələn, öz evimizdə “Milan”la oyundakı atmosferə çox həssaslıqla yanaşırıq".
Qeyd edək ki, tərəflər arasında cavab görüşü aprelin 18-i tarixində keçiriləcək.
Röya