Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Çelsi"ni 2:0 hesabı ilə yenən "Real Madrid"in hücumçusu Vinisius Junior sözügedən turnirdə mövsümün rekorduna imza atıb.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduz buna rəqibin cərimə meydançasında topa 19 dəfə toxunaraq nail olub.
Müqayisə üçün "Çelsi"nin bütün futbolçularının "Real"ın cərimə meydançasında ümumilikdə 10 dəfə topla təmas etdiyini bildirək.
Qeyd edək ki, tərəflərin cavab qarşılaşması aprelin 18-də "Stemford Bric"də keçiriləcək.
Nihat