Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Real Madrid” - “Çelsi” qarşılaşması (2:0) madridlilərin çalışdırıcısı Karlo Ançelotti üçün rekordla əlamətdar olub.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis İspaniya nəhənginin çalışdırıcısı qismində ÇL-də ən çox qələbə qazanan məşqçi ünvanına sahib çıxıb.
“Real”la 35-ci dəfə zəfərə sevinən Ançelotti qitənin ən nüfuzlu klub turnirində 34 qələbə görmüş Visente Del Boskeni geridə qoyub.
Maraqlıdır ki, Del Boskeyə 34 qələbə üçün ÇL-də 60 matç lazım gəlibsə, Ançelotti 35-ci zəfərini 47-ci görüşdə reallaşdırıb.
Nihat