Rusiyalı Yan Nepomnyaşi və çinli Dinq Liren arasında şahmat tacı uğrunda növbəti görüş keçirilib.
Fanat.Az xəbər verir ki, dördüncü qarşılaşma çinlinin qələbəsi ilə başa çatıb.
O, ağ firuqlarla 47-ci gedişdə rəqibini məğlub edərək ümumi hesabı bərabərləşdirib - 2:2.
Qeyd edək ki, şahmatçılar arasında 1 və 3-cü qarşılaşmada bərabərlik qeydə alınıb. İkinci görüşdə rusiyalı iti zəka sahibi qələbə qazanıb. Növbəti duel aprelin 15-də olacaq.