"İnter" "Xəzər Lənkəran"a qarşı tam heyətlə oynamayacaq. Fanat.az xəbər verir ki, Ruslan Əmircanov yenə meydana çıxa bilməyəcək.
Bir müddətdi zədəli olan millimizin üzvü hələ də sağalmayıb. Hələ də fərdi qaydada məşq edən müdafiəçi "Xəzər Lənkəran" matçını da buraxacaq. Onun "Sumqayıt"la oyunda meydana çıxması gözlənilir.
Qeyd edək ki, Ruslan "Qəbələ" ilə matçın 51-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. O, bundan sonra komandasının "Rəvan", "Simurq", "Neftçi" və "Bakı"ya qarşı keçirdiyi oyunların iştirakçısı olmayıb. Əmircanov bu mövsüm Premyer Liqada 25 oyun keçirib və 2 qol vurub.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol