"Çelsi"nin müdafiəçisi Mark Kukurelya Erlinq Holanda heyran olduğunu bəyan edib.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu "Mançester Siti"nin norveçli ulduzundan "oğurlamaq" istədiyi keyfiyyəti açıqlayıb.
“Erling Holanddan onun gücünü oğurlamaq istərdim. Bacarıq yox, məhz güc, çünki o, həmişə çoxlu qol vurmaq üçün doğru mövqedədir. Ola bilsin ki, o, ən yaxşı keyfiyyətə malik deyil. Amma düşünürəm ki, o, həmişə topun harada olacağını hiss edir və özünü ora çatdırır".
Erlinq Holand “Mançester Siti”də cari mövsümdə bütün turnirlər çərçivəsində 45 qol vurub və bu mənada İngiltərənin rekordçusudur. Ona qədər Premyer Liqanın heç bir təmsilçisinin futbolçusu bir mövsümdə bu qədər qola imza atmayıb. Holand iki gün əvvəl Çempionlar Liqasının 1/4 finalında “Bayern Münhen”lə görüşdə (3:0) fərqlənərək Ruud van Nistelroy (“Mançester Yunayted”) və Məhəmməd Salahı (“Liverpul”) (hər ikisində 44 qol) geridə qoyub.
Mirağa