Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu Arda Turan məşqçiliyə başlayıb.
Fanat.Az xəbər verir ki, karyerasını yeni bitirən Arda 1-ci liqada çıxış edən “Eyüpspor”un “sükanı arxasına” keçib.
"Eyüpspor" sosyal media hesabından açıqlama yayaraq Arda Turan ilə 1.5 illik anlaşma imzalandığını bəyan edib. Onun məşqçilər korpusunda Atila Gerin, Kerem Yavaş, Umut Eskiköy və Murat Üner yer alacaq.
36 yaşlı Arda futbolçu karyerasını ötən il başa vurub.
Mirağa