17:16 14.04.2023 1220

Tovuzlu azarkeşdən redaksiyamıza etiraz

"Turan Tovuz"un azarkeşlərindən olan Fikrət Məmmədov saytımızda gedən "Tovuzdakı insidentə sözardı" yazısına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, o, "Turan Tovuz" - "Şamaxı" matçında azarkeşlərin baş məşqçi Ayxan Abbasovu istefaya səsləməsi ilə əlaqəsinin olmadığını vurğulayıb:  

"Mövzuda adıçəkilən Fikrət Məmmədov mənəmsə (rayonda başqa bu adda müəllim yoxdur), fiziki tərbiyə müəllimiyəm. Bu gün "Turan" komandasının müxtəlif yaş qruplarında məşğul olan və vaxilə əsas komandada oynamış və indi də məşqçi kimi fəaliyyət göstərən bir çox mütəxəssislərin müəllimi olmuşam. Üç ilə pensiyaya gedəcəm, sağlıq olsa. Futbol mənim üçün yad sahə deyil... 

Bir insanı tanımadan onu nələrdəsə suçlamaq doğru addım deyil. Bəli, "Turan"ın bütün ev oyunlarında iştirak edirəm. Oturanda da ortada, ən sakit yer olan, bu sahənin yazarlarına yaxın yerdə otururam. Həm çılğın azarkeşlərdən uzaqdır deyə, həm də stadionun diktoru (belə deyək) Rasim müəllimin yanında oturaraq müəyyən mənada ona kömək oluram. Kim çıxdı, kim girdi. Oyuna neçə dəqiqə əlavə olundu və s. Oyunçu dəyişikliyi zamanı tablo uzaqda olduğundan, həm də gün işığı düşdüyündən yaxşı görünmür. Yalnış məlumat getməməsi üçün. "Turan" fanatları komandanın rəhbərliyi ilə görüşdə məni ağsaqqal kimi irəli verirlər. Bu gün onların təşkilatlanmasında, komandanın yüksək formada dəstəkləməsində məsləhət verənlərdənəm. 9 ildir komandamızın Primyer Liqaya gəlməsi üçün necə alışıb-yanmışıq, hər kəs bilir...

Komandamıza Ayxan Abbasovun məşqçi təyin edilməsini ən çox alqışlayanlardanam. Onun təqdimat mərasiminin təmtəraqlı keçirilməsinin səbəbkarlarındanam. Komandanın ilk məşqinə çıxmasını, qazi ilə görüş (sırf mənim ideyamdır), başda Ayxan müəllim olmaqla bizim məktəbə dəvət edib, görüş keçirmək, Bədən Tərbiyəsi və İdman günündə rayonun veteran idmançıları ilə görüşə yenə Nadir müəllim başda olmaqla "Turan" komandasının dəvəti, yüksək səviyyəli görüş...Saymaqla qurtarası deyil. Çoxlarından fərqli olaraq Ayxan müəllimin müqaviləsinin uzadılmasını da dəstəkləyirik. Özü ilə də çox gözəl münasibətim var...

Mən stadiona tək gəlirəm həmişə və bayaq yazdığım kimi nisbətən sakit yerdə otururam. Ağlım da hələ ki, özümü idarə edir. Nəinki məktəblini, heç kimi stadiona gəlməsini və "istefa" sözünü səsləndirməsini etməmişəm, etmərəm. Belə çağırışların əlehinəyəm. Çılğın da deyiləm. Rayonda az-çox məni tanıyırlar. Bu yazını yazan məni tanısa idi belə ittiham yazmazdı. Onu qınamıram. Yazını sifariş edən kimdi? Bu maraqlıdır. Axı mən kiməsə zərrə qədər pislik edən deyiləm.Ümumiyyətlə bir adamı tanımaq üçün onun paylaşımlarına baxanda bəlli olur, kimdir. Axtarın, görün mənim qeydlərimdə mənfi nəsə tapa bilərsiniz?..Komandada tovuzluların oynamasını həmişə istəmişəm və bu dəyişməz olaraq qalacaq. Bu barədə Ayxan müəllimin təqdimat mərasimində də sualla müraciət etmişəm ona. Hesab edirəm ki, azı 1-2 nəfər yerli futbolçu əsas komandada oynamalıdır. Bu həm azarkeşlərə maraqlıdır, həm də komandanın özünə, motivasiyadır. Çünki kənardan gələn 5-3 manata oynayır. Amma yerli futbolçu sabah el içinə çıxanda başı uca gəzməsi üçün oyuna can qoyur. Qeyd etdiyiniz Amil və Elvinin alqışlanması tovuzlu olmaları ilə bağlıdır. Amma mən həmin vaxtı telefonla çəkiliş edirdim, videosu da var. Heç kimi alqışlamırdım. lazım olsa göndərə bilərəm. Mənim yanımda olan jurnalistlərdən bir neçəsini də adını deyə bilərəm, əksəriyyəti ilə xoş münasibətim var. Hamısını görürdülər. Mən təbiətən sakit birisiəm və fanatlıq (istənilən işə) mənlik deyil. Mənim çağırışım "feys"dən olur ancaq. Məktəbdə keçirdiyimiz tədbirlərə dəvət edirəm ancaq. Keçirdiklərimiz də göz qabağındadır. Son olaraq "Şən estafetlər" yarışını keçirmişik, açın, baxın. İmkandırsa ondan yazın. Ölkədə beləsini tapmayacaqsınız. Bütün bu tip yarışları izləmişəm, internetdən...Mənə qarşı yersiz ittihamı isə cavabsız qoysam, ittihamla razılaşmış sayılıram. Xahiş edirəm mənm adımı hallandırmayasınız. Mən ancaq xeyirxaq işlərin arxasındayam. Qalmaqal mənlik deyil".
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 May 2025
22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

21:22

MPL: "Sumqayıt" "Səbail"i darmadağınla yola saldı

20:56

Minifutbol: Türkiyə Ukraynanı üstələdi

20:19

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri hazırlığa cəlb olunublar

19:47

Minifutbol: Dünya çempionundan sürpriz məğlubiyyət

19:18

Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

Facebookdan bizi izləməyi unutmayın.
X