"Çelsi" qapıçı mövqeyində dəyişiklik etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə "Evening Standard" məlumat yayıb.
Xəbərə görə, London klubu iki qapıçısından Kepa Arrisabalaqa və ya Eduard Mendi ilə vidalaşacaq.
Artıq "zadəganlar" yeni qapıçı axtarışlarına da başlayıb. Hətta 4 nəfəri artıq bəyəniblər.
"Çelsi" Andre Onana ("İnter"), Qreqor Kobel ("Borussiya Dortmund"), David Ray ("Brentford") və Qeorqiy Mamardaşvili ("Valensiya") arasında seçim edəcək.
Röya