İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən "Nottingem Forest" - "Mançester Yunayted" matçı (0:2) qonaqların müdafiəçisi Dioqu Dalo üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, görüşün 76-cı dəqiqəsində Antoninin ötürməsini qola çevriən portuqaliyalı İngiltərə çempionatında ilk dəfə fərqlənib.
Dalo bunu İPL-də çıxdığı 65-ci matçda bacarıb.
Qeyd edək ki, "qırmızı şeytanlar"ın ilk qolunu Antoni vurub.
Nihat