"Barselona"nın yarımmüdafiəçisi Serxi Roberto uzun müddətə sıradan çıxıb.
Fanat.Az AS-a istinadən xəbər verir ki, İspaniya çempionatının 29-cu turu çərçivəsində "Xetafe" ilə keçirilən matçda (0:0) xəsarət alan 31 yaşlı ispan azı bir ay futbolsuz qala bilər.
İlkin məlumata görə, oyunun 17-ci dəqiqəsində əvəzlənən Serxi Robertonun sol budunun əzələsi cırılıb. Yarımmüdafiəçi bu gün əlavə müayinədən keçəcək və beləliklə zədənin dəqiq diaqnozu, onun mümkün sağalma vaxtı aydınlaşacaq.
Serxi Roberto bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 30 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa